• $
  • €
  • ₽
  • ₺
  • £

Çörək alarkən bunlara diqqət etmək lazımdır

Çörək alarkən bunlara diqqət etmək lazımdır
16.10.2021 16:29
Azərbaycanda hər ay 120 min kiloqram çörək istehsal olunur, adambaşına düşən gündəlik çörək istehsalı isə 330 qram təşkil edir.  Bu barədə Statistika Komitəsi məlumat verir. 

Nazirlər Kabinetinin 2015-ci ildə təsdiq etdiyi minimum istehlak səbətinə görə  isə,  əmək qabiliyyətli bir adam gündə 380 qram çörək yeməlidir. Qonşu Türkiyədə bu rəqəm 500 qram, İranda - 400 qramdər. Avropa ölkələrinə getdikcə şörək istehlakı da azalır. Məsələn, Almaniyada adambaşına gündə 160 qram, Fransada -140 qram, Britaniyada 110 qram çörək yeyilir. Rusiyada bu rəqəm 170 qram, Ukraynada 100 qramdır. 

Bəs görəsən çörəyin keyfiyyətinə qoyulan standartlar necədir? Çörək alarkən nəyə diqqət yetirmək lazımdır?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən  aldığımız məlumata görə, çörək seçimində və istehsalında bir sıra məqamlara nəzər yetirmək lazımdır. Belə ki, qida rasionumuzun əsasını təşkil edən çörək keyfiyyətsiz olduqda orqanizm üçün təhlükə yaradır. Çörəyin keyfiyyət göstəricilərinə turşuluq, nəmlik və məsaməlilik, eyni zamanda orqanoleptik göstəricilər (iyi, dadı, rəngi) daxildir. Çörəyin qabığında çatlar olmamalıdır. 

Buğda çörəyinin qabığının rəngi qızılı sarıdan açıq qəhvəyiyə qədər, çovdar  və kəpəkli buğda çörəyinin rəngi isə açıqdan tünd qəhvəyiyə qədər olur. 

Yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur, bu isə insan orqanizmi üçün olduqca təhlükəlidir. Çörəkdə kif əmələ gəlməsinin bir neçə səbəbi var. Bura istehsal zamanı sanitar normalara riayət olunmaması, məhsulun düzgün şəraitdə saxlanılmaması, çörəyin hazırlanmasında keyfiyyətsiz qida məhsullarından istifadə, çörəyin yarıçiy bişirilməsi daxildir.
 
AQTA-dan onu da bildirdilər ki, kifli çörəklə qidalanma orqanizmdə allergik rinit, dəridə səpgi, epiqastral ağrı, ürəkbulanması,  qusma, tezyorulma, ishal yarada bilər. İsti və nəmli mühitdə saxlandığı zaman çörəyin içində yapışqanlıq yaranır. Bu yapşqanlığı bacillus mesentericus bakteriyası əmələ gətirir, bu da kartof xəstəliyinə gətirib çıxarır.

AQTA əhalinin sağlamlığının qorunması istiqamətində sözügedən norma və qaydalara riayət edilməsinə nəzarət məqsədilə mütəmadi monitorinqlər aparır və vətəndaşlara  un və un məmulatlarının istehsalı, satışı ilə bağlı hər hansı şikayəti olarsa, AQTA-nın "1003 Çağrı Mərkəzi” nə zəng etməyi tövsiyyə edir. 

Qida eksperti Fərid Səfərov da çörəyin keyfiyyətinin çörəkbişirmədə istifadə olunan taxıl və buğdanın növündən asılı olduğunu deyir. 

"Hər kəs çörəyi alarkən diqqətli olmalıdır. Çörəyin paketlənərək satışa çıxarılması vacibdir. Aldığınız çörəyin üzərində unun adı və növü, istehsal tarixi, istehsalçının adı və yeri, istehsalçının əmtəə nişanı, çörəyin xalis çəkisi, qida dəyəri, saxlanma şəraiti, yararlılıq müddəti və "GMO yoxdur” yazısı olmalıdır. Çörəyin daşınmasında xüsusi avtomobillərdən istifadə edilməli, hər ay sanitar həkim tərəfindən yoxlanılmalı, çörək daşınan yeşiklər təmiz olmalıdır", - deyə ekspert vurğuladı. 

Çörəyin insan rasionunda vacibliyini nəzərə alaraq hər il oktyabrı 16-ı Beynəlxalq Çörəkçilər və Qənnadıçılar Birliyinin təşəbbüsü ilə Dünya Çörək Günü kimi qeyd olunur. Bu günün tarixi 16 oktyabr 1945-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaradılması ilə bağlıdır.

Fidan Salmanova
www.anews.az
 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol