Əli Məsimli Azərbaycanda taxılın kefiyyətinin aşağı olmasından DANIŞDI

Azərbaycanda 50-dən artıq taxıl sortu yetişdirilir. Milyonlarla manat vəsait ayrılır. Bu, süni surətdə yaradılmış maneədir ki, biz xaricdən taxıl gətirək?! Bu, Azərbaycandakı taxılın keyfiyyətinin aşağı olması ilə bağlıdır, ya yox? Buna aydınlıq gətirilməlidir.
Bu sözləri Milli Məclisin deputatı Əli Məsimli bu gün keçirlən plenar iclasda Taxıl haqqında” qanununa dəyişiklik edilməsinə münasibət olaraq bildirib.
"Əgər bizdə taxılın keyfiyyəti aşağıdırsa, işğaldan azad olunmuş yerlərdə bunu etməməliyik. İdxala sərf olunan vəsaitin az bir hissəsini Azərbaycanda fermerlərin dəstəklənməsi, Azərbaycanda toxumçuluğun inkişafına sərf etsək, nəticə əldə edə bilərdik. Amma idxala meylli olanlar olduğu görünür. İdxala ayrılan maliyyədən Taxıl Fonduna daha çox öz taxılımızın cəlb edilməsi istiqamətində hökumət təsirli tədbirlər görməlidir”, deyə deputat əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























