• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vətəndaş 700.000 manatdan çox pul mənimsəyib

Azərbaycanda vətəndaş 700.000 manatdan çox pul mənimsəyib
15.10.2021 16:29
Sosial evlərdən mənzil almaq istəyən vətəndaşların pulunu ələ keçirmiş şəxs barəsində olan cinayət işi məhkəməyə göndərilib. Bu barədə baş prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Məmmədova Günay Ənvər qızının qanunsuz əməlləri barədə daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

"Belə ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Günay Məmmədovanın Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan sosial binalardan mənzillərin ayrılması üçün 2019-2020-ci illər ərzində müraciət etmiş ayrı-ayrı şəxslərə guya Agentliyin vəzifəli şəxslərinə rüşvət verilməsi müqabilində güzəştli şərtlərlə mənzillərin verilməsinə köməklik göstəriləcəyi barədə yalan vəd verərək ümumilikdə 46 nəfər şəxsə məxsus cəmi 703 min 700 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib".

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında  Günay Məmmədovaya CM-nin 178.4 (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə vurulmuş maddi ziyanın 134 min 600 manat hissəsinin ödənilməsi təmin olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol