• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana yeni keçilər gətirilib

Azərbaycana yeni keçilər gətirilib
14.05.2014 18:53

Bu il ölkəyə xaricdən yeni keçilər gətirilib. Hollandiya və Fransadan 2 300 baş südlük istiqamətli “Saanen” və ətlik-südlük istiqamətli “Alpin” keçi cinsləri alınıb. Bunu “APA-Economics”ə  “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov bildirib.

 

Onun sözlərinə görə, Fransadan diri çəkisi 80-90 kq, laktasiya dövrü 250 gün, məhsuldarlığı ildə 800-1000 litr süd, illik bala verməsi 2-3 dəfə olan 340 baş “Alpin” və Hollandiyadan çəkisi 50-60 kq, laktasiya dövrü 270-300 gün, məhsuldarlığı ildə 1000-1200 litr süd, ildə 2 baş bala verən “Saanen” keçi cinsləri ölkəyə gətirilib.

 

Ə.Bayramov əlavə edib ki, ölkəyə gətirilən keçilər Ağcabədi rayonunda bir təsərrüfata verilib: “Hazırda bu heyvanların bizim ölkəyə uyğunlaşıb-uyğunlaşmadıqları izlənilir. Nəticə yaxşı olarsa, bu ilin payız ayında onların kütləvi şəkildə gətirilməsinə başlanacaq”.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol