Füzuli Hava Limanına beynəlxalq status verilib

Füzuli Hava Limanına beynəlxalq status verilib.
Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncam Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təklifləri nəzərə alaraq verilib.
Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























