Ekspert: "Yük maşınlarını qəzalardan qorumaq üçün taxoqrafdan istifadə edilməlidir"

Yük maşınlarına və avtobuslara taxoqraf quraşdırılmalıdır. Qanunda bu barədə yazılıb, onu gerçəkləşdirmək lazımdır.
Bunu açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.
O, ilk növbədə Bakıda yük avtomobili ilə avtobusun toqquşmasından danışıb:
"Bu qəza böyük bir faciədir. 5 nəfərin ölümü, onlarla insanın yaralanması ağır hadisədir. Hadisə yerindən videoya da baxdıq və məlum oldu ki, yük avtomobilinin sürücüsü avtobusun arxasınca hərəkət edir, xeyli ara məsafəsi var və avtobus dayanacağa daxil olmaq üçün sürəti azaltdıqda yük maşını ona arxadan çırpılır. Hadisəni törədən sürücü ilkin olaraq onu deyib ki, sükan arxasında yuxulayıb. Bəlkə də yuxulamayıb, yatmayıb, sadəcə olaraq yorğunluqdan, yuxusuzluqdan süstləşib və hadisəyə reaksiyası gecikib. Videodan da görürük ki, qəzadan yayınmaq üçün sola çəkir. Amma gec olur. Yəni fikri yolda olsaydı, vaxtında reaksiya versəydi bəlkə də hadisə baş verməzdi. Ona görə də, yük avtomobillərini və avtobusları idarə edən sürücülərin iş və istirahət rejiminə əməl etməsinin vacibliyi gündəmə gəlir. Belə hadisələr minik avtomobilini idarə edən sürücülər tərəfindən də törədilir. Lakin yük maşınları və avtobuslar belə qəzalarda daha ağır nəticələr verdiyi üçün onlara nəzarət mexanizmi daha vacibdir. Bu nəzarəti həyata keçirmək yalnız nəqliyyat vasitələrinə taxoqraf quraşdırılması ilə mümkündür”,- deyə məlumat verdi.
Ekspert bildirib ki, nəqliyyat vasitələrində taxoqraf olarsa, yol polisi yük maşınlarına ciddi nəzarət edə biləcək:
"Bəzən deyirlər ki, yol polisi hara baxırdı? Taxoqraf yoxdursa yol polisi hardan bilsin ki, sürücü normal dincəlib, yoxsa dayanmadan maşın sürür? Taxoqraf hər şeyi qeydə alır, sürücünün iş və istirahət rejiminə nəzarət etmək üçün önəmli texniki vasitədir. O qurğu maşında olduqda yol polisi saxlayıb taxoqrafa baxır və görür ki, sürücü dayanmadan işləyib, 4 saatdan artıq maşın sürüb. O zaman polis sürücünü maşını idarə etməkdən çəkindirib məcburi istirahətə göndərir",- deyə ekspert əlavə etdi.
E.Muradlının sözlərinə görə, sürücü ən azı 45 dəqiqə dincələndən sonra hərəkətə davam edə bilər:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























