“Qala Həyat” və “Qala Sığorta" üç illik xidmət haqqını ödəməkdən imtina edir

"Qala Həyat” və "Qala Sığorta" şirkətləri əməkdaşlıq etdiyi Press Revyu İnformasiya Monitorinq Agentliyinə 36 aydır xidmət haqqı ödəmir.
Bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, Press Revyu Agentliyi yaranmış problemlə bağlı hər iki sığorta şirkətinin rəhbərliyinə müraciət etsə də, problem öz həllini tapmayıb:
"Onlar xidmətin göstərildiyini etiraf etsələr də, xidmət haqqının ödənilməsinin mümkünsüz olduğunu bildiriblər. Sözügedən sığorta şirkətlərinin adından yalnız İdarə Heyətinin sədrlərinin danışmaq və müqaviləni imzalamaq səlahiyyətinin olduğunu bildiriblər. Press Revyu İnformasiya Monitorinq Agentliyi problemin həll olunması üçün "Qala” Sığorta qrupuna rəsmi məktubla müraciət edib. Mənfi cavab aldıqdan sonra Bakı Kommersiya Məhkəməsində adları çəkilən sığorta şirkətlərinə qarşı iddia qaldırıb. İşə baxışı hakim Həsənova Ülkər həyata keçirib. Xidmətin sifariş olunduğu və onun 36 ay ərzində hər iki sığorta şirkətinə gündəlik göstərildiyinə dair bütün sübutlar məhkəməyə təqdim edilib. Sığorta Şirkətlərinə xidmətin göstərildiyi sübut olunmaqla yanaşı, hər iki sığorta şirkətinin agentliyin təqdim etdiyi hesabatlardan öz reklam məqsədləri üçün mediada istifadə etdikləri də üzə çıxıb. Həmçinin, hər iki sığorta şirkəti onu təmsil etmiş nümayəndə ilə əmək müqaviləsini təqdim etməkdə acizlik göstərib. 36 ay xidmətdən qanunsuz istifadə edən hər iki şirkətin, həm də, əmək qanunvericiliyini kobud surətdə pozduğu məlum olub. Yuxarıda sadalanan faktlara dair yazılı sübutların təqdim edilməsinə baxmayaraq Bakı Kommersiya Məhkəməsi "işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edib ki, iddiaçı tərəfindən cavabdehlərə göstərilmiş xidmətlərə görə ödənilməli olan xidmət haqqının tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyi” üçün iddia təmin edilməsin. Press Revyu Agentliyi Bakı Kommersiya Məhkəməsinin Qətnaməsi ilə razılaşmayaraq, işdən Apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi müxtəlif bəhanələr gətirərək, işin baxılmasını yubadır"- deyə agentlikdən bildirilib.
Press Revyu İnformasiya Monitorinq Agentliyi işin gedişatı ilə bağlı ictimaiyyətə məlumat verəcəyini açıqlayıb.
Press Revyu İnformasiya Monitorinq Agentliyi (PRA) 17 yanvar 2018-ci ildən "Qala Həyat” və "Qala” Sığorta şirkətlərinə media monitorinq xidməti göstərib :
www.anews.az

"2018-ci ilin yanvarın əvvəlindən agentliyin nümayəndəsi ilə hər iki Sığorta Şirkətinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi "Qala” Sığorta və "Qala Həyat” Sığorta şirkətlərinə Media Monitoring xidmətinin göstərilməsinə dair danışıq və müzakirələr aparıb. Xidmətin göstərilmə şərtlərinə dair razılıq əldə edildikdən sonra, e-mail vasitəsilə 18 yanvar 2018-ci ildə müqavilənin elektron variantı göndərilib. Həmin ilin 31 yanvarında "Qala Həyat” sığorta şirkətinin rəsmi e-mail ünvanından Press Revyu Agentliyinə 2 dəfə müraciət olunaraq, xidməti həmçinin Sığorta Şirkətlərinin rəhbərliyi də daxil olmaqla 7 nəfərə göndərilməsi xahiş edilib. Cari ilin 2 aprelində yenə də "Qala Həyat” sığorta şirkətinin rəsmi e-mail ünvanı üzərindən agentliyə müraciət edilərək, rəhbərliyə aid olan 3 nəfərə xidmətin çatdırılmasında çətinlik yarandığı haqda məlumat verilib. Problem dərhal həll olunub, xidmət göstərilməkdə davam edib”, - deyə agentlikdən məlumat verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib