Ramiz Göyüşovdan rüşvət almaqda təqsirləndirilən jurnalistdən XƏBƏR VAR

Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) barəsində olan cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.
Bu barədə jurnalistin vəkili Araz Nurməmmədov bildirib.
Vəkil qeyd edib ki, bu günlərdə müvəkkili Mahir Ələkbərovla onun saxlanıldığı Bakı İstintaq Təcridxanasında görüşüb:
"Məhkəmənin müvəkkilim barəsində ədalətli qərar verəcəyinə inanıram. Mahir Ələkbərovla görüş zamanı məhkəmənin onun barəsində verəcəyi qərardan asılı olmayaraq dövlətə, dövlət başçısına olan sədaqəti və güvəninin dəyişməz olduğunu bildirdi. Mahir Ələkbərov sağlamlığında heç bir problem olmadığını və saxlanma şəraitindən razılığını ifadə etdi. Məhkəmənin ədalətli qərar verəcəyinə inandığını dedi", - deyə vəkil məlumat verdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























