Özünü təhsil nazirliyi işçisi kimi tanıdıb, 12 min manatdan çox pul mənimsədi

Şamaxıda özünü nazirlik işçisi kimi təqdim edib vətəndaşların pulunu mənimsəyən şəxs saxlanılıb.
Müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törədən şəxsin Ağsu rayon sakini Elçin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı E.Əhmədovun heç bir dövlət qurumunda çalışmadığı, zərərçəkmişlərin ikisini tələbə kimi texnikumların birinə qəbul etdirmək, birini isə müəllim kimi məktəbə işə düzəltmək adı ilə aldatdığı və pullarını mənimsədiyi məlum olub.
E.Əhmədovun başqa vətəndaşlara qarşı da dələduzluq etdiyi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə DİN-in "102” Zəng Mərkəzinə, eləcə də Şamaxı Rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-330-21-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























