• $
  • €
  • ₽
  • ₺
  • £

72 yaşlı MMC rəhbərinə 9 il həbs verildi

72 yaşlı MMC rəhbərinə 9 il həbs verildi
19.10.2021 13:00
Rüşvət ittihamı ilə həbs edilən "Fakt Araşdırıcı-N” MMC-nin direktoru Zeynal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Eldar Ismayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən Zeynal Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

MMC-nin vəzifəli şəxsləri barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Qaynar xəttinə daxil olmuş müraciətlər əsasında cinayət işi başlanmışdı.

İbtidai istintaqla 72 yaşlı Zeynal Məmmədovun həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ona müraciət etmiş ayrı-ayrı şəxsləri həmin Cəmiyyətdə işə qəbul etmək üçün müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, daha sonra cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin əldə olunmasının həqiqi mənbəyini gizlətmək məqsədilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri təsdiq etməklə vəzifə saxtakarlığına yol verərək pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Zeynal Məmmədov barəsində daha əvvəl də Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılmışdı. Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilmişdi. Ona məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilmişdi.

Təqsirləndirilən şəxs barəsindəki hökm əvvəlki cəza müddətinin çəkilməmiş hissəsi ilə qismən toplanaraq təyin olunub.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol