• $
  • €
  • ₽
  • ₺
  • £

Botanika İnstitutuna yeni TƏYİNAT

Botanika İnstitutuna yeni TƏYİNAT
19.10.2021 13:03
AMEA-nın Botanika İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında AMEA prezidentinin sərəncamı ilə institutun direktoru vəzifəsini icra edən təyin edilmiş, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva kollektivə təqdim olunub.

İnstitutdan verilən məlumata görə, tədbiri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq bildirib ki, 85 ildən artıq fəaliyyət göstərən Botanika İnstitutu Akademiyanın qabaqcıl müəssisələrindən biri olaraq elmi nailiyyətləri ilə hər zaman seçilib,botanika elminin inkişafında və elmi kadrların yetişdirilməsində böyük rol oynayıb.

O qeyd edib ki, ötən illər ərzində əsaslı inkişaf yolu keçən Botanika İnstitutunun fəaliyyəti bundan sonra da professor S.İbadullayevanın rəhbərliyi altında uğurla davam etdiriləcək.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvu Novruz Quliyev S.İbadullayevanın ictimai, elmi və pedaqoji fəaliyyətindən, iş təcrübəsindən bəhs edib. Onun rəhbər kimi fəaliyyətinin İnstituta uğurlar gətirəcəyinə əminliyini ifadə edib.

İnstitutun əməkdaşları AMEA-nın müxbir üzvü Xəlil Qasımov, professor, Eldar Novruzov, Naibə Mehdiyeva, Rəşad Səlimov çıxış edərək yeni təyinat münasibətilə S.İbadullayevanı təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıblar.

Sonda çıxış edən İnstitutun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva kollektivi salamlayaraq ona göstərilən etimada görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirib, institutun rəhbəri kimi qarşısında duran vəzifələrin yerinə yetirilməsində var qüvvəsi ilə çalışacağını vurğulayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol