ADNSU-da 3 qrup distant təhsilə keçdi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində üç qrup distant təhsilə keçib.
www.anews.az
Universitetin ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov anews.az-a açıqlamasında deyib ki, hər qrupda bir nəfərdə koronavirusa yoluxma aşkarlanıb:
"Bu tələbələrin COVID-19 testi pozitiv çıxdığından həmin qruplarda tədris onlayn formada davam edir. Həmin tələbələrin vəziyyəti normaldır, ağırlaşma halı yoxdur. Sözügedən qruplarda başqa tələbələrdə virusa yoluxma aşkarlanmayıb”, - deyə universitet rəsmisi bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























