• $
  • €
  • ₽
  • ₺
  • £

"103" Təcili Tibbi Yardıma müraciət edənlərin 90%-ə yardım edilmir

"103" Təcili Tibbi Yardıma müraciət edənlərin 90%-ə yardım edilmir
20.10.2021 09:22
"103 Təcili Tibbi Yardım" xidmətinə gündəlik daxil olan 10 min zəngin yalnız 1 mini üzrə xidmət göstərilir. Müraciətlərin 90%-ə həkim briqadası göndərilmir.  Buna səbəb isə xidmətin yetərli maddi texniki bazaya malik olmaması və həkim çatışmazlığıdır, bunu Anews.az-a millət vəkili Rüfət Quliyev  xidmətin rəhbəri Rauf Nağıyevə istinadla bildirib. 

"103 Təcili Tibbi Yardım" xidmətinin rəhbəri Rauf Nağıyev bu qurumun avtomobil parkının 10-12 avtomobilinin iş üçün yararsız olduğunu deyir. Üstəlik xidmətdə həkim azlığı olduğundan gün ərzində daxil olan 9-10 min zəngdən yalnız 1 mini üzrə xidmət göstərilir", - deyə millət vəkili söyləyib. 

O, vəziyyəti yaxşılaşdırmaq üçün dövlət büdcəsindən xidmətə ayrılan vəsaiti artırmağı təklif edir. Millət vəkili koronavirs infeksiyasına yoluxma ilə bağlı şikayətlərlə bağlı "103 Təcili Yardım xidmət"dən  ayrı bir müraciət xidmətinin yaradılmasını  məqsədəuyğun sayır. 

"Yaxın zamanda Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı bu problem mütləq nəzərə alınmalıdır. Daha bir neçə il də koronavirusla yaşamalı olacağıq, buna görə də "103 Təcili Yardım xidməti"nə koronavirus  infeksiyasına yoluxma ilə bağlı müraciətlərin ünvanını dəyişməliyik. Koronavirusdan əziyyət çəkənlər üçün ayrı müraciət nömrəsi yaradılmalıdır. Dəfələrlə olub ki, Təcili Yardıma ehtiyacı olan adamlar onlara vaxtında yardım edilmədiyi üçün dünyasını dəyişib”,deyə  millət vəkili Rüfət Quliyev vurğuladı. 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından aldığımız məlumata görə, hazırda xidmətdə  139 briqada çalışır. 

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol