Bu ərazilərdə avtobus kartları üçün terminallar yoxdur

Sabunçu qəsəbəsində yerləşən Dəmiryol stansiyası, Sabunçu xəstəxanası və Sabunçu bazarı ərazisindəki dayanacaqlarda avtobus kartlarının balansını artırmaq üçün nəzərdə tutulan terminallar qoyulmayıb. Bu da kart sistemi ilə çalışan 62 və 204 nömrəli avtobusların sərnişinlərində narazılıq yaradıb.
www.anews.az
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Anews.az -a bildirib ki, adı çəkilən ərazilərdə terminallar olmasa da, ona yaxın ərazilərdə belə terminallar quraşdırılıb.
Ağayevin sözlərinə görə, bundan başqa artıq dayanacaqlardan kənarda da BakıKartın balansını artırmaq mümkündür. Bütün mağazalarda mövcud ticarət mərkəzlərindəki MilliÖn terminalları BakıKart ödənişlərini qəbul edir. Həmçinin, internet üzərindən də kartın balansını artırmaq mümkündür. Hər iki xətt üzrə sərnişinlərə balans artırmaq imkanı yaradılıb.
62 nömrəli marşrut xəttində bu ilin iyulundan, 204 nömrəli avtobuslarda isə iyunun 22-dən BakıKart tətbiq olunur.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























