• $
  • €
  • ₽
  • ₺
  • £

Ordumuzun yeni yaradılan komando hərbi hissəsi istifadəyə verildi - Fotolar+Video

Ordumuzun yeni yaradılan komando hərbi hissəsi istifadəyə verildi - Fotolar+Video
19.10.2021 21:12
Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılmış əməliyyat (komando) hərbi hissəsində olub.

Müdafiə Nazirliyindən Anews.az-a bildirilib ki, açılış mərasiminə dəvət olunan Vətən müharibəsi qaziləri ilə görüşən müdafiə naziri onların problemləri və istəkləri ilə maraqlanıb.

Sonra Türkiyədə uzun müddətli "Komando hazırlığı kursu” keçmiş şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.

Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla hazırlanmış hərbi qulluqçulara beretlər təqdim olunub.
Mərasimdə çıxış edən müdafiə naziri Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən bu kimi kursların davam etdiriləcəyini qeyd edib.

Hərbi hissənin ərazisindəki təlim mərkəzinə baxış keçirən nazir komandoların nümunəvi çıxışlarını izləyib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.

 











www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol