• $
  • €
  • ₽
  • ₺
  • £

“AzerGold” Kəlbəcərdə axtarış-kəşfiyyat işlərinə başlayıb

“AzerGold” Kəlbəcərdə axtarış-kəşfiyyat işlərinə başlayıb
20.10.2021 10:06
"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Kəlbəcərdə yerləşən "Tutxun” təzahür sahəsində ilkin axtarış-kəşfiyyat işlərinə başlayıb.

Bunu "AzerGold”un Mətbuatla iş sektorunun müdiri Ariz Tarverdiyev bildirib.

Onun sözlərinə görə, "Tutxun” təzahür sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir:
 
"Təzahür sahəsində qızıl, gümüş, civə və mis metallarının olduğu proqnozlaşdırılır. Təzahür sahəsi 1958-ci ildə kəşf edilib”, - deyə Ariz Tarverdiyev bildirib.

O qeyd edib ki, "AzerGold” QSC-nin axtarış-kəşfiyyat proqramına əsasən ilkin mərhələdə kameral qiymətləndirmə və məsafədən tədqiqat işləri aparılır:
 
"Peyk üsulu ilə hiperspektral çəkiliş tədqiqatları ilə paralel olaraq, arxiv geoloji materialların toplanması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması kimi ilkin qiymətləndirmə işləri də icra olunmaqdadır. Gələn ilin aprel ayından genişmiqyaslı kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur”, - deyə mətbuatla iş sektorunun müdiri əlavə edib. 

"AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol