Bakıda "Rebuild Karabakh" sərgisi keçirilir

Bu gün Bakı Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ("BakuBuild-2021"), 13-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi ("Aquatherm Baku-2021") və 1-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh-2021") sərgiləri işə başlayıb.
Oktyabrın 22-nə qədər davam edəcək sərgilərdə 17 ölkədən 2 079 şirkət iştirak edir.
"BakuBuild” 2021 sərgisində Azərbaycan, İtaliya, Qazaxıstan, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər tikinti-inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqları - inşaat və izolyasiya materialları, boya, lak və örtüklər və s. bu kimi məhsulları nümayiş etdirir. Təqdim olunan sektorlar arasında: Borular və boru xətləri, çilerlər, istilik sistemləri, hava kondisionerləri, termoizolyasiya, radiatorlar və s. yer alıb.
"Aquatherm Baku-2021" sərgisi isə Azərbaycan, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətləri bir araya gətirib. Sərgi şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platformasının yaradılmasına lazimi şərait yaradacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























