Sabirabadda istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sabirabadın, Qaragüney kəndində yerləşən, Muradov Əvəz Sarxan oğluna məxsus "Elşən-Gülşən” ərzaq mağazasında yoxlama keçirib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı mağazada sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə müddəti bitmiş və etiket məlumatları olmayan qida məhsullarının saxlanıldığı aşkar olunub.
Həmçinin mağazada təmizlik işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Agentlik tərəfindən istehlaka yararsız qida məhsullarının satışının qadağan edilməsi barədə qərar qəbul edilib, müəssisə rəhbərliyi barədə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























