Məktəblərdə summativlər ləğv olunur? – RƏSMİ CAVAB

Hazırda ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları ilə bağlı dəyişiklik nəzərdə tutulmayıb.
Bu barədə Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, qaydalarda dəyişiklik olduğu təqdirdə bütün ümumi təhsil müəssisələrinə və ictimaiyyətə müvafiq məlumatlar veriləcək.
Məlumat üçün bildirək ki, təhsilalanların məktəbdaxili qiymətləndirməsi (summativlər) Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” ilə tənzimlənir.
Kurikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird nailiyyətləri 3 formada - diaqnostik, formativ və summativ qiymətləndirmə formasında qiymətləndirilir.
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. Summativ qiymətləndirmə əsasında şagirdlərin illik qiymətləri formalaşır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib