• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kişi və qadınların maaşı ilə bağlı göstəricilər AÇIQLANIB

Azərbaycanda kişi və qadınların maaşı ilə bağlı göstəricilər AÇIQLANIB
20.10.2021 12:26
Gender bərabərsizliyinin özünü ən çox göstərdiyi sahələrdən biri əmək bazarıdır. Dünyada işsiz qadınların sayı kişilərdən xeyli çoxdur.

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi fəal kişilərin 51,8%-i, qadınların isə 48,2%-i məşğul əhalı qrupuna aiddir. İşsizlərin 57,5%-ini qadınlar təşkil edir:
 
"Əməkhaqqına münasibətdə də kişi əməyinə nisbətən qadın əməyinin diskriminasiya olunduğunu söyləmək olar. Dünyada kişi əməyi 1 dollar, qadın əməyi isə 77 sentlə qiymətləndirilir. Ev işlərinin, ailə təsərrüfatının idarə olunmasının, ailə üzvlərinə qulluq kimi haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür.

Azərbaycanda qadınların orta əməkhaqqı kişi əməyinin yalnız 63,3%-ni təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6%, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 %, emal sənayesi sahəsində 63,8 %, səhiyyə və sosial xidmətlər sahəsində 63,9 %, təhsil sahəsində isə 79 % təşkil edir.
Qadın sahibkarlığına ölkədə kifayət qədər dəstək verilməsinə baxmayaraq hələ də sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, bu sahədə qadınların sayı 225 858 nəfər təşkil edir.

Sahibkarlığın ayrı-ayrı sahələri üzrə bir neçə nümunə göstərmək istəyirəm: kişilər qadınlardan tikinti sahəsində 25,3 dəfə, emal sənayesində 4,8 dəfə, turizm və iaşə sahəsində 5,4 dəfə, ticarət və nəqliyyat sahəsində 3,7 dəfə, səhiyyə və sosial xidmətlər sahəsində 1,8 dəfə çoxdur. Yalnız təhsil sahəsində fəaliyyət göstərən qadınların sayı kişilərdən 1,8 dəfə çoxdur”, - deyə Musa Quliyev bildirib. 

Milli Məclisin komitə sədri qeyd edib ki, Azərbaycanda ev işi görən qadınlara müavinət verilməlidir.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol