• $
  • €
  • ₽
  • ₺
  • £

Oğlu həbs edilən anaya təzyiq göstərilməsi iddiaları barədə DİN-dən AÇIQLAMA

Oğlu həbs edilən anaya təzyiq göstərilməsi iddiaları barədə DİN-dən AÇIQLAMA
20.10.2021 12:39
Daxili İşlər Nazirli (DİN) Şəmkirdə oğlunun həbs olunmasına etiraz etdiyi üçün Səma Əliyevanın polislər tərəfindən hədələnməsi, daha sonra saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Şəmkir rayon sakini Səma Əliyevanın övladı Amid Əliyevin günahsız yerə həbs olunması və Səma Əliyevaya təzyiqlər göstərilməsi ilə bağlı iddiaların əsassız olduğunu bildirib:

"Məlumat üçün qeyd edim ki, vətəndaş A. Əliyev 2019-cu ilin noyabrında tanışı Nəcməddin Kamilli ilə birlikdə əvvəlcədən əlbir olaraq rayonun Yeniabad kənd sakininin evinə qanunsuz olaraq daxil olub, evdəki pul daxılından 8200 manat nağd pulu oğurlayıblar. Bundan başqa, A. Əliyev 2020-ci ilin yanvar ayında yetkinlik yaşına çatmayan tanışına əldə edəcəkləri qənimətləri bərabər şəkildə böləcəklərini vəd edərək onunla birlikdə rayonun Mahmudlu kəndində yaşayan vətəndaşa məxsus mağazaya qeyri qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 171 manat olan tütün, enerji içkisi və qida məhsullarını gizli yolla oğurlayaraq mənimsəyib. Sonucu olaraq Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. Əliyev saxlanılaraq RPŞ-yə gətirilib və bu zaman onun üzərindən qanunsuz olaraq əldə edib saxladığı 10.025 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb", - deyə  Eşqin Qasımov bildirib. 

E. Qasımov qeyd edib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə qeyd edilən faktlar üzrə A. Əliyev təqsirli bilinərək azadlıqdan məhrum edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol