Ermənilər 30 ildir beynəlxalq kulinariya tədbirlərinə buraxılmır

Ermənilər 30 ildir dünyada təşkil olunan kulinariya tədbirlərinə, konfranslara buraxılmır, bunu Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti, "Kulinariya” jurnalının baş redaktoru Tahir Əmiraslanov Beynəlxalq Kulinaruya günü münasibətilə Bakıda keçirilən tədbirdə bildirib.
"Biz iki min beş yüzdən çox yemək reseptlərini toplayıb, kitab şəklində çap eləmişik. Bununla yanaşı digər, kulinariyaya həsr olunmuş kitabların ərsəyə gəlməsində əlimizdən gələni əsirgəmirik. Milli mətbəximizin yeməklərinin ermənilərə deyil, bizə aid olduğunu elmi əsaslarla sübut edirik. Ermənilər 30 ildir ki, dünyada təşkil olunan kulinariya tədbirlərinə, konfranslara, elmi-praktiki toplantılara buraxılmır. Bu da dünya praktikasında qazandığımız ən böyük nəaliyyətlərdəndir", - deyə Əmiraslanov vurğulayıb.
Beynəlxalq Kulinaruya günü ilə bağlı tədbir Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi , Azərbaycan Milli kulinariya mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası və "Yaban Bulvar” restoranının dəstəyi ilə oktyabrın 20-də keçirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak edən qazilər və şəhidlik zirvəsinə yüksələn kulinarların ailə üzvləri iştirak edib.
Fidan Salmanova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























