Gəlinini öldürərək meyitini doğrayan şəxsdən XƏBƏR VAR

Bakı Ağır Cinayətlər Məhkəməsində gəlinini öldürərək meyitini hissələrə bölüb, zibil qutularına atmaqda təqsirləndirilən İdris Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, İ.Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı İ.Məhərrəmova 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəmişdi.
Yanvarın 27-də saat 01:00 radələrində Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında beş ədəd torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələri aşkar edilib.
Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş naməlum qadın meyitinin 1989-cu il təvəllüdlü Məhərrəmova Banı Xudayar qızı olması müəyyənləşdirilib. Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla birgə həyata keçirilmiş tədbirlər nəticəsində zərərçəkmişin qayınatası - 1946-cı il təvəllüdlü İ.Məhərrəmovun gəlini B.Məhərrəmova ilə ailə-məişət zəminində mübahisə zamanı sonuncunun baş nahiyəsindən çəkiclə vurub, çoxsaylı bıçaq zərbələri yetirərək, onu xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularına atmasına əsaslı şübhələr müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























