• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik rəsmisi: "Yararsız bal yarmarka bitdikdən sonra arıçılara qaytarılacaq"

Nazirlik rəsmisi: "Yararsız bal yarmarka bitdikdən sonra arıçılara qaytarılacaq"
20.10.2021 15:15
Bakıda keçirilən arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkasına yalnız keyfiyyətli bal çıxarılıb. Fermerlərin gətirdikləri məhsullarını hamısını Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlayıb. Çox az həcmdə standartlara cavab verməyən, yararsız bal olub, onlar da anbarda saxlanılır, yarmarka bitdikdən sonra arıçılara qaytarılacaq. 

Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov deyib.

"Yararsız məhsulların yarmarka davam edən dövrdə arıçılara verilməsi nəzərdə tutulmur. Çünki, vaxtilə xoşagəlməz hallar yaşanıb. Arıçıların bəziləri keyfiyyətsiz bal gətirərək alıcılara təqdim ediblər. Labaratoriya analizləri zamanı həmin məhsulların bal olmadığı müəyyənləşib. Bəzən həmin məhsulları arıçılara geri qaytaranda yarmarkaya yaxın ərazilərdə kiloqramını 5-7 manatdan bal adı ilə satıblar. Bu isə yarmarkada satılan arıçılıq məhsullara etimadı azaldıb. Arıçılıq özəl sahədir, hər bir arıçının özünün müştərisi var”, - deyə o, əlavə edib.

Yarmarka bu gündən başlayıb və noyabrın 7-nə qədər davam edəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol