• $
  • €
  • ₽
  • ₺
  • £

Əlilliyi olan şəxslərə mənzil verildi

Əlilliyi olan şəxslərə mənzil verildi
20.10.2021 15:35
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olan şəxslərə 50 mənzil təqdim edildi.

Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və millət vəkili Şahin Seyidzadə iştirak ediblər.

V.Behbudov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il 44 günlük Vətən müharibəsində hər gün yeni qələbələrlə qəhrəmanlıq tarixi yazırdı. Ötən ilin bu günündə - 2020-ci ilin 20 oktyabrında şanlı Ordumuz daha bir tarixi qələbəyə imza atdı - Zəngilan şəhərini Ermənistanın işğalından azad etdi. Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə bağlı geniş miqyaslı dəstək tədbirləri həyata keçirilir. Bu gün, Zəngilan şəhərinin azad edilməsinin birinci ildönümü olan bu əlamətdar gündə də həmin tədbirlər daha bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzillər verilməsi ilə davam edir.

Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının nəticəsi olaraq ötən dövrdə 11 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsi nəzərdə tutulub. Onlardan 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il şəhid ailələri və müharibə əlillərinə artıq 1800 mənzil verilib.

Eyni zamanda Vətən Müharibəsi Qəhrəmanları və ya onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri aparılır.

Ş.Seyidzadə postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən geniş miqyaslı sosial dəstək tədbirlərinin, onların mənzil təminatı prosesinin bu kateqoriyalardan olan vətəndaşlara diqqət və qayğının əyani təzahürü olduğunu vurğulayıb.

Mənzillərlə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə və həssas kateqoriyalardan olan digər şəxslərə xüsusi qayğısından razılıqlarını qeyd ediblər. Daima dəstəklə əhatə olunduqlarına, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol