Azad olunmuş zonalarda nə qədər iş yeri açılacaq? - RƏSMİ

9 ay müddətində işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 756 müraciət daxil olub.
Anews.az xəbər verir ki, bunu Agentliyin mətbuat xidmətinin rəhbəri Vüsalə Quliyeva bildirib.
Müraciətlərin 21.3%-i (161) xarici investorların, 72%-i (545) yerli, 6.7% - isə yerli xarici investorların payına düşür.
İnvestisiya layihələrinin sayı 230, şirkət sayı 45, layihə sayı 57-dir.
57 layihə üzrə nəzərdə tutulan investisiya 257.7 mln. manat təşkil edir. Yaradılacaq iş yerlərinin sayı 3.757 nəfəri əhatə edəcək. Bu layihələr üçün tələb olunan ərazi 127.14 min ha olacaq.
Hazırda 20 layihə təsdiq olunub. Layihələrin ümumi dəyəri 71.6 mln. manatdır və 810 nəfəri əhatə edəcək. Təsdiq edilən layihələrdən 18-i fəaliyyətə başlayıb. Bu layihələr üzrə 4.9 mln. manat investisiya yatırılıb. 145 nəfər işə cəlb olunub.
2 layihənin icrası davam edir. Bu layihələr üçün 0.6 mln.manat investiya yatırımı nəzərdə tutulub. 22 nəfərin işə cəlb oluması planlaşdırılır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























