• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda mağzadan oğurluq edənlər saxlanılıb - VİDEO

Bakıda mağzadan oğurluq edənlər saxlanılıb - VİDEO
20.10.2021 16:22
Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib.

Bu barədəDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Naməlum şəxs obyektin qapısını qıraraq içəri daxil olub kassa aparatında olan 9000 manatı oğurlayaraq hadisə yerindən yayınıb. Həmin şəxsin mağazaya daxil olması təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Səbuhi Sultanov saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən daha bir mağazadan oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı yetkinlik yaşına çatmadığına görə şərti adı Elsevər Mahmudov olan şəxs tutulub. Araşdırma zamanı onun Binəqədi rayonunda yerləşən obyektlərdən birinə açıq qalmış qapıdan daxil olaraq kasaadan pul oğurladığı məlum olub. Bu şəxsin də mağazaya daxil olaraq oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə görüntülənib.

Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bu şəxslərin paytaxt ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol