Gürcüstanda azərbaycan dilli məktəblərin sayı azalıb

2021-ci ildə Gürcüstanda azərbaycandilli və Azərbaycan bölməsinin olduğu məktəblərin sayı 2020-ci illə müqayisədə 119-dan 116-a kimi azalıb. Bu barədə "Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstanın Təhsil və Elm Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən bildirilib.
Gürcüstanda tədrisin Azərbaycan dilində aparıldığı orta təhsil müəssisələrinin 104-ü Kvemo Kartli, 9-u Kaxeti bölgəsi, 3-ü isə Tbilisidə yerləşir.
Gürcüstanda Azərbaycan dilli məktəblərin bağlanmasına münasibət bildirən millət vəkili Etibar Əliyev Anews.az-a bildirib ki, məktəblərin bağlanması yaxşı hal deyil. "İndiki vəziyyətdə məktəblər COVİD-19 pandemiyası, o cümlədən şagird və müəllim heyətinin az olması səbəbindən bağlana bilər. Buna baxmayaraq məktəbdə 4-5 şagird də qalsa belə məktəbin təhsil müəssisəsi bağlanmamalıdır. Məktəblərin bağlanması yolverilməzdir. Məktəb o halda bağlana bilər ki, məktəbdə bir nəfər də olsa şagird və müəllim olmasın. Gürcüstandakı kəndlərlə əlaqəm var və bilirəm ki, kəndlər tam boşalmayıb", - deyə millət vəkili vurğulayıb. .
Azərbaycan Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər və metodik vəsait göndərib. 21 adda 17.848 ədəd "Ana dili" və "Ədəbiyyat" dərsliyi çatdırılıb. Dərslik və metodik vəsaitlər Gürcüstanın Təhsil və Elm nazirliyi tərəfindən azərbaycandilli məktəblərə paylanıb.
Gürcüstanda Azərbaycan dilli məktəb sonuncu dəfə 2021-ci il martın 22-də qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























