“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olsa da, özünü təqsirli bilmir

Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı, "Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.
Yorğun və əzgin vəziyyətdə qaydalara əməl etməyərək, qarşısını almaq imkanı olduğu halda sağlamlığa ağır zərər vurmaqla və avtomobilə maddi ziyan vurmaqla Cinayət Məcəlləsinin 263.1.4-cü (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsinin tələblərini pozub.
Elşad Kəlbəliyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
Tərəflər əvvəlcə zərərçəkmiş şəxslərin hüquqi varislərinin dindirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, E.Kəlbəliyev "Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, hadisədən sonra istintaqa cəlb edilərək həbs olunub. Hadisədə ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























