Bu məktəbdə əyani təhsil dayandırıldı

Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin Covid-19 testi pozitiv çıxdığı üçün oktyabrın 20-dən etibarən əyani təhsil 14 gün müddətinə distant təhsillə əvəz edilib. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bu barədə qərar Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən çıxarılıb.
Azərbaycan üzrə bu günədək 241 sinif distant təhsilə keçib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.
Bakı üzrə distant təhsilə keçmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə distant şəkildə təhsil davam etdirilir.
Sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.
Ləman Ədilzadə
www.anews.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























