Özbəkistan vətəndaşını qətlə yetirən şəxsdən XƏBƏR VAR

Bakıda qətl törətməkdə təqsirləndirilən Elçin Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Bu il iyulun 30-u saat 19 radələrində Özbəkistan vətəndaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü E.Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək N.Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
E.Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























