• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov Kəlbəcər və Laçında hərbi hissələri YOXLADI

Zakir Həsənov Kəlbəcər və Laçında hərbi hissələri YOXLADI
21.10.2021 10:04
Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində dislokasiya olunan hərbi hissələrin qışa hazırlığını yoxlayıb.

Bu barədə Anews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, hərbi hissələrdə yataqxana və xidməti otaqlar fasiləsiz istilik sistemi ilə təmin edilib, silah və texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub.

Hərbi qulluqçuların ərzaq və isti geyimlə təminatı normaya uyğun şəkildə icra edilib. Yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərdə dislokasiya olunan bölmələrə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb.

Silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yüksək keyfiyyətli yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilərək mürəkkəb və soyuq iqlim şəraitində istismar olunması üçün hazır vəziyyətə gətirilib.

Sərt iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz rejimində fasiləsiz xidmət aparmaq üçün hərbi hissələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlərin həyata keçirildiyi barədə Müdafiə nazirinə məlumat verilib. Məruzə edilib ki, şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması məqsədilə hər növ mebel və inventarla təmin olunmuş yeni modul tipli konteynerlərdən ibarət yaşayış məntəqələrinin quraşdırılması işləri sürətlə davam etdirilir.

Bundan başqa digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə Mühəndis Qoşunlarının bölmələri tərəfindən çətin relyefli ərazilərdə hərəkət yollarının inşa edilməsi və bərpa olunması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Müdafiə naziri Azərbaycan Ordusunda şəxsi heyətin təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, yaşayış məntəqələrinin inşa edilməsi üzrə görülən işlərin sürətləndirilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitinin daim yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.


 


 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol