BNA-dan bu sərnişindaşıma şirkətlərinə - XƏBƏRDARLIQ

Nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi Bakı Nəqliyyat Agentliyinin (BNA) önəm verdiyi məsələlərdən biridir. Əsasən də Agentliyin sosial şəbəkələrdəki rəsmi hesablarına daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır, araşdırma tələb edən müraciətlər müvafiq şöbələrə yönləndirilir.
Bu barədə BNA-dan bildirilib. Aparılan statistik araşdırmalar zamanı vətəndaşlar tərəfindən ən çox şikayət olunan marşrut xətləri müəyyən edilib. Belə ki, təhlillərə əsasən:
- 44-daşıyıcı şirkət "Şidili” MMC;
- 77-daşıyıcı fiziki şəxs Malik Orucov;
- 119-135 daşıyıcı şirkət "Faiqoğlu”;
- 149-164 daşıyıcı şirkət "BMH” MMC;
- 163 daşıyıcı şirkət "Grand-Bus” MMC;
- 214 daşıyıcı şirkət "Ayşən-LTD” MMC-nin
müntəzəm marşrut xətləri üzrə şikayətlərin daha çox olduğu müəyyən edilib. Ümumilikdə, qeyd olunan marşrutlarla bağlı Agentliyin rəsmi sosial media hesablarına son vaxtlar 800-ə yaxın müraciət daxil olub.
Daxil olan şikayətlərə əsasən, monitorinqlər aparılıb. Marşrut üzrə köhnəlmiş, oturacaqları yırtılmış, dəmir detalları korroziyaya uğramış, texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib. Eyni zamanda sürücülər tərəfindən normadan artıq sərnişin götürülərək açıq qapılarla hərəkət etməsi, avtobusda sərnişinlərin olmasına baxmayaraq, sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























