• $
  • €
  • ₽
  • ₺
  • £

İş adamı ittiham olunduğu bütün maddələr üzrə bəraət alıb

İş adamı ittiham olunduğu bütün maddələr üzrə bəraət alıb
21.10.2021 14:21
Zorlamada, vergidən yayınmaqda ittiham olunan, məşhur karqo şirkətləri "Dəniz” və "Mayak"ın sahibi Saleh Ağayev barəsində məhkəmə yekun qərar verib.

İttihama əsasən, S.Ağayev 2014-2018-ci illərdə "Mayak" və "Dəniz" karqo şirkətlərinin rəhbəri kimi Çin və Türkiyədən Azərbaycana yüklərin daşınması zamanı işçiləri qanunsuz olaraq çalışdırıb. Nəzarətçi, xəzinədar, sürücü, xadimə, satıcı, fəhlə və s. kimi ümumilikdə 18 nəfəri qeyri-qanuni olaraq işlədib, onlara rəsmiləşdirmə aparmadan hər ay qanunsuz olaraq maaş verib. Bu müddətdə 82 155 manat pulu dövlət büdcəsinə ödəməkdən yayınıb.

Lakin məhkəmə istintaqı zamanı ittihamda nəzərdə tutulan zorlama hadisəsi müəyyən edilməyib.

Vergilərlə bağlı hissədə isə zərərçəkmişlərin məhkəmədə verdikləri ifadələrini təsdiq edən sübutlar müəyyən olunmayıb. Həmin şəxslərdən 11 nəfərinin S.Ağayevlə qohum olduqları, həmin şəxslərin başqa müəssisələrin işçiləri olduğu müəyyənləşib.

Təqsirli bilindiyi maddələr üzrə S.Ağayev barəsindəki heç bir ittiham sübuta yetirilmədiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib və cinayət işinin icraatına xitam verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də hökmü dəyişdirmədən saxlayıb.

Bundan sonra tərəflər kassasiya şikayəti verərək sübutların yetərincə araşdırılmadığını iddia ediblər. Məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırıb, apellyasiya instansiyası birinci instansiyanın bəraət hökmünü qüvvədə saxlamaqda haqlı olub. Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb.

Bir müddət öncə yerli KİV-də Saleh Ağayevlə bağlı qətl sifarişçisi olduğuna dair iddialar da yayılmışdı. Belə ki, onun sabiq MTN əməkdaşı Fariz Vahabovun qətlini sifariş etdiyi yazılırdı. İddiaya görə, S.Ağayevin F.Vahabovla yaxın əlaqələri var imiş və hə

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol