• $
  • €
  • ₽
  • ₺
  • £

Zooparkdakı izdihama direktordan ÇAĞIRIŞ: “Həftəsonları gəlməyin!”

Zooparkdakı izdihama direktordan ÇAĞIRIŞ: “Həftəsonları gəlməyin!”
21.10.2021 21:30
Oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı oldu. Şəhər sakinlərinə yeni üslubda təqdim edilən zooparkın ziyarətçiləri daha çox həftəsonlarıdır. Akvaterrarium, yeni gətirilən heyvanlar, onlar üçün yaradılan şərait ziyarətçilərin böyük marağına səbəb olur.
 
Zooloji Parkın direktoru Azər Hüseynov  açıqlamasında yenidənqurma işlərindən sonra parka həddindən artıq maraq olduğunu təsdiqləyib:
 
"Xahiş edirəm şənbə - bazar məktəb və bağça kollektivləri uşaqları gətirməsin. Basırıq, sıxlıq olur. Xəstəlik daha da geniş yayılmasın deyə, biz sosial məsafəni qorumaq istəyirik. Amma o qədər sıxlıq olur ki, ara məsafəsini saxlaya bilmirik. Valideynlər övladlarını həftəiçi gətirsələr, daha yaxşı olar. Adam çox olanda yeniliklərə, heyvanlara baxmağa da maneçilik yaranır. Tənzimləməkdə çətinlik çəkirik. Çox istərdik valideynlər özləri övladlarını gətirsinlər. İstəmirik kimsə burada xəstələnsin”. 
 
A.Hüseynov bildirib ki, həftəsonu zooparkda yaranan sıxlığı aradan qaldırmaq üçün şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, departament rəhbərləri, polislər işə cəlb olunub.
 
Zooloji Parkdakı yeniliklərdən bəhs edən direktor qeyd edib ki, burada hər şey gözəldi və ona görə insanların konkret nəyə maraq göstərdiyini demək çətindir.
 
Son olaraq qiymətlər haqqında məlumat verən A. Hüseynov 4 yaşa qədər uşaqlar üçün girişin pulsuz olduğunu bildirib:
 
"4-16 yaş uşaqlar üçün 2 manat, 16 yaşdan yuxarı 5 manat, universitet tələbələri və qazi ailələri üçün də giriş 2 manatdır. Zooloji Parkı ziyarət etmək istəyən şəhid ailələrinə giriş pulsuzdur”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol