• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ərinin anım mərasiminə gedən qadın qəzada öldü - YENİLƏNDİ

Şəhid ərinin anım mərasiminə gedən qadın qəzada öldü - YENİLƏNDİ
21.10.2021 17:15
Zərdabda şəhid həyat yoldaşının anım mərasiminə gedən qadın Kürdəmir yolunda qəzaya düşərək ölüb.


Anews.az-ın APA-ya istinadən məlumatına görə, Vətən müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedirmiş. Yol qəzası Kürdəmir yolunda baş verib.


Avtomobildə olan digər sərnişin də qəzada ölüb.


Zərdab rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov faktı təsdiqləyib.


Mayor Rəhim Hüseynov ötən il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. O, ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.


Rəhim Hüseynov və Günel Ələsgərovanın 3 azyaşlı övladı olub. 


***


Qəza Kürdəmir rayonunun Şüşün kəndindən keçən hissəsində baş verib. "Ford" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını aşırıb. Qəza nəticəsində G. Ələsgərovadan başqa, 1983-cü il təvəllüdlü Emin Tağıyev də hadisə yerində vəfat edib. Bir nəfər isə xəsarət alıb.


Qəza zamanı G. İsgəndərovanin azyaşlı övladı da yanında olub. Onun vəziyyəti yaxşıdır.​

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol