Bakıda kişi həyat yoldaşını boğaraq öldürüb

Oktyabrın 21-i saat 19 radələrində Qaradağın, Sahil qəsəbə sakini 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qaradağ Rayon Prokurorluğundan bildirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 36 yaşlı Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























