• $
  • €
  • ₽
  • ₺
  • £

BMT və Azərbaycan arasında memorandum imzalandı

BMT və Azərbaycan arasında memorandum imzalandı
22.10.2021 10:27
BMT-nin Azərbaycandakı Ofisi Sahibkarlığın İnkişafı Fondu (SİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BMT-nin Qlobal Sazişi vasitəsilə korporativ dayanıqlığı təşviq etmək məqsədilə anlaşma memorandumu imzalayıb.
 
Sənədi BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SİF-in İdarə Heyətinin sədrinin əvəzi Osman Xaliyev imzalayıblar.
 
Memorandumun məqsədi Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli hədərlərlə uyğunlaşdırılmış beş sosial-iqtisadi inkişaf prioritetlərinə nail olmaq üçün cəmiyyət, biznes və dövlət arasında münasibətləri gücləndirmək, COVID-19 pandemiyasından bərpa prosesi zamanı möhkəm biznes modelləri qurmaq, habelə beynəlxalq bazarlara çıxmaq və rəqabət qabiliyyətlərini artırmaq üçün yerli şirkətlərə kömək etməkdən ibarətdir.
 
Tərəflər həmçinin BMT-nin Qlobal Sazişinin əmək, insan hüquqları, ətraflı mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizəyə dair 10 prinsipini SİF və KOBİA-nın maliyyə alətləri və proseslərinə inteqrasiya etmək üçün birgə tədbirlər görəcəklər.
 
160-dan çox ölkədən 12 min şirkət və 3 min qeyri biznes qurumu, eləcə də 60-dan çox yerli şəbəkəni bir araya gətirən BMT-nin Qlobal Sazişi dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. Bu saziş şirkətləri öz strategiya və fəaliyyətlərini on prinsipə uyğunlaşdırmağa və BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməyə çağırır. BMT-nin Qlobal Sazişinin 10 prinsipi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, İşdə əsas prinsiplər və hüquqlar üzrə Beynəlxalq Əmək Təşkilatının Bəyannaməsi, Ətraf Mühit və İnkişaf haqqında Rio Bəyannaməsi və BMT-nin Korrupsiya əleyhinə Konvensiyası əsasında hazırlanıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol