Şəhid xanımının ölümünə səbəb olan qəza ilə bağlı cinayət işi açılıb

Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Hadisə oktyabrın 21-də Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Ford" markalı minik avtomobili hərəkətdə olarkən sürücü anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı avtomobilin sürücüsü, 38 yaşlı Tağıyev Emin Ağamir oğlu və sərnişini, 35 yaşlı Ələsgərova Günel İnqilab qızı hadisə yerindəcə dünyasını dəyişib. G.Ələsgərovanın oğlu isə xəsarət alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























