• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə Qarabağ zəfərinin ildönümünə həsr olunan konfrans keçirilir

Milli Məclisdə Qarabağ zəfərinin ildönümünə həsr olunan konfrans keçirilir
22.10.2021 12:02
"Bizi Qələbəyə aparan yolun başlanğıcında ulu öndər Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin sədri Ziyafət Əsgərov komitənin oktyabrın 22-də Qarabağ zəfərinin ildönümü ilə bağlı təşkil etdiyi konfransda deyib.

O bildirib ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edib: "Ona görə də bu barədə çox danışacağıq və danışmağa sözümüz də çoxdur”.

Daha sonra çıxış edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə deyib ki, Azərbaycanda indi yaşayan insanlar xoşbəxt nəslin nümayəndələridir: "Biz qəhrəman xalqıq. Çünki torpaqlarımızı düşmən tapdağından azad etmişik. Azərbaycan Ordusu çox güclüdür və daha da güclənəcək. Orduda, döyüş meydanında sərkərdənin, Ali Baş Komandanın olması mühüm şərtdir. Xoşbəxtik ki, Silahlı Qüvvələrimizin Prezident İlham Əliyev kimi müdrik sərkərdəsi var”.

Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirdiyni diqqətə çatdıran hərbi ekspert bildirib ki, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasına çıxmasına nail ola bilib. Qələbəmizin də əsasında məhz bu amil dayanır.

Ş.Ramaldanov qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın döyüş taktikası dəyişdi, amma Ermənistanın taktikası 1990-cı illərdə olduğu kimi idi.

*******
Milli Məclisdə Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinin 1-ci ildönümünə həsr olunan "Zəfər bayramı" adlı konfrans keçirilir.

Toplantını parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi təşkil edib.

Tədbirdə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə müzakirələr aparılır.

Konfransda Milli Məclisin deputatları ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə Baş idarənin rəisi Qinyaz Qaralov, hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov və qazi Nicat Zalov və digərlər şəxslər iştirak edirlər.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol