Hikmət Hacıyevdən blogerlərə, jurnalistlərə ÇAĞIRIŞ

Qarabağda 10 min kv.km-dən artıq Azərbaycan torpaqları tamamilə dağıdılıb və məhv edilib. XXI əsrdə bir torpağın, şəhərin bu formada dağıdılması ağlasığan mənzərə deyildi. Türk Şurası ölkələrinin media nümayəndələri dağıdılmış ərazilərə dəfələrlə səfər edib, mediaturlara qatılıb. Onlar Azərbaycanın məhv edilmiş şəhərini, törədilmiş vandallıq aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Yenə də blogerlərdən, media nümayəndələrindən xahiş edirəm ki, Azərbaycanın haqq səsinə səs versinlər.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası mediaforumunda çıxışı zamanı deyib.
Prezidentin köməkçisi bildirib ki, məqsədimiz qisas deyil:
"Məqsədimiz gələcək sülhə, barışa çağırışdır. Bizim məqsədimiz bu kimi əməllərin dünyada gələcəkdə baş verməsinin qarşısının alınmasından ibarətdir. Eyni zamanda Qarabağda Azərbaycan və türk xalqına məxsus olan dərin mədəni və tarixi irs var. Təəssüflə qeyd etməliyik ki, bu mədəni irsimiz də illər ərzində, 30 il ərzində məhv edilib”, - deyə o bildirib.

Hikmət Hacıyev bildirdi ki, işğal dövründə Azərbaycan xalqına məxsus olan 67 məscid nəinki məhv edilib, Azərbayacan xalqına, bütün müsəlmanlara təhqir olaraq bu məscidlərdə donuz saxlanılıb:
"Azərbaycan xalqının əzmi odur ki, Qarabağı yenidən qursun, türk, İslam sivilizasiyasının mərkəzi məntəqələrindən biri kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarsın. Biz əminik ki, qardaş türk ölkələri də bu prosesdə Azərbaycanın yanında olacaqlar. Bu məsələdə də biz birlikdə fəaliyyət göstərəcəyik”, - o vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib