Qarabağda çayların ekoloji vəziyyəti ilə bağlı yeni qurğular vasitəsilə məlumat almaq OLACAQ

Azad olunmuş zonalarda 11 çayda avtomat hidroloji stansiya, 3 çayda isə həm həm kefiyyət həm də kəmiyyət ölçmək üçün sensorlar quraşdılaracaq, bu da çayın ekoloji durumunu 10 dəqiqədən bir analiz etməyə imkan verəcək. Prosesi həyata keçirtmək üçün tender elanı keçirilir və oktyabrın sonuna kimi tendərdə qalib olan şirkət bu prosesləri icra edəcək. Yəqin ki, 2022-ci ilin birinci yarısına kimi biz nəzərdə tutduğumuz kəmiyyət və kefiyyət sensorları quraşdıra biləcəyik, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva anews.az-a açıqlamasında bildirib.
"Qarabağda su ehtiyatlarını zəngin su ehtiyatı kimi qiymətləndirmək olar. Ölkə daxilində formalaşan su ehtiyatlarının 20%-i azad olunmuş ərazilərin payına düşür. Ölkə daxilində təxminən 10 milyard m su ehtiyatı varsa onun 2 milyarda yaxının Qarabağa aid etmək olar. Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən Qarabağın su ehtiyyatlarına dair rəqəmsal su ehtiyyatları xəritəsi hazırlanıb. Məqsədimiz Qarabağda, Zəngəzurda istənilən, bir sahə üçün planlaşdırılan işləri səmərəli təşkil etmək üçündür. Hazırlanan rəqəmsal xəritə elektron su təsərrüfatı sisteminə inteqrasiya olunacaq. Xəritə ümumilikdə 38 laydan ibarətdir. Burada istənilən çaylar, sular, hideroloji şəbəkələr, kanallar və müxtəlif məlumatları əldə edə bilərik. Xəritənin özəlliyi budur ki, çaya dair bütün məlumatlarla yanaşı bu ilin sonunadək dövlət nəzarəti çərçivəsində ölçmə işlərini avtomatik həyata keçirən, müasir 11 hideroloji stansiyaların quraşdırılması planlaşdırırlır. Bu məlumatlar avtomatik olaraq elektron su ehtiyyatları xəritəsində göstəriləcək. Bununla əlaqədar olan bütün təşkilatlar, Kənd Təsərrüfatı Nazirli və Azərsu məlumatlardan yararlana biləcək", deyə Umraya Tağıyeva qeyd edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Qarabağda ən çox çirkələnən çayların Oxçuçay,Bəsitçay və Bərgüşadçay olduğunu əlavə etdi.
"İşğaldan azad olunan ərazilərdəki əsas çaylar olan Oxçuçay,Bəsitçay və Bərgüşadçaydan həftədə iki dəfə bəzi hallarda isə daha çox analizlər götürürük.Ən çox Oxçuçay çirlənmiş çay hesab olunur. Bu da bizi narahat edir. Nazirlik bu sahədə ciddi işlər görür" , deyə kologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru bildirib.
Qarabağda əsas 14 çay, 9 su anbarı,6 su kanalı,6 göl var.
Su anbarları Xudafərin(Zəngilan və Cəbrayıl), Sərsəng(Tərtər), Qız qalası(Cəbrayıl), Xaçınçay(Ağdam), Aşağı Köndələnçay(Füzuli), Suqovuşan(Tərtər), Köndələnçay 2 və 1(Füzuli), Ağdamkənd(Ağdam) anbarıdır.
Əsas kanallar Tərtərçay sağ və sol magistral kanalı – Tərtər,Bərdə,Ağdam və Ağcabədi ərazisində yerləşir. Mənbəyi Suqovuşa su anbarıdır. Hər iki kanal 1976-ci il istismara verilib. Tərtərçay sağ sahil magistralının uzunluğu 70.2 km, Tərtərçay sol sahil magistralının uzunluğu isə 22.4 kmdir. Həsənli kanalı- Cəbrayılda yerləşir. Mənbəyi Araz çayıdır. 1951-ci il istismara verilib. Uzunluğu 38 kmdir. Maral kanalı- Cəbrayılda yerləşir. Mənbəyi Araz çayıdır. 1931-ci ildə istismara verilib.Uzunluğu 18 kmdir. Sovet kanalı-Ağdamda yerləşir. Mənbəyi Qarqarçaydır.1936-ci il istismara verilib.Uzunluğu 23.5 kmdir. Merdinli kanalı-Füzulidə yerləşir. Mənbəyi Köndələnçaydır. 1952-cü il istismara verilib. Uzunluğu 27.4 kmdir.
Əsas göllər – Böyük Alagöz(Kəlbəcər), Qaragözl(Laçın), Kiçik Alagöz(Kəlbəcər), Pəriçınqıl qaragölü(Laçın), Alagöllər( Laçın), Zalxagöl(Kəlbəcər)
www.anews.az
"Qarabağda su ehtiyatlarını zəngin su ehtiyatı kimi qiymətləndirmək olar. Ölkə daxilində formalaşan su ehtiyatlarının 20%-i azad olunmuş ərazilərin payına düşür. Ölkə daxilində təxminən 10 milyard m su ehtiyatı varsa onun 2 milyarda yaxının Qarabağa aid etmək olar. Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən Qarabağın su ehtiyyatlarına dair rəqəmsal su ehtiyyatları xəritəsi hazırlanıb. Məqsədimiz Qarabağda, Zəngəzurda istənilən, bir sahə üçün planlaşdırılan işləri səmərəli təşkil etmək üçündür. Hazırlanan rəqəmsal xəritə elektron su təsərrüfatı sisteminə inteqrasiya olunacaq. Xəritə ümumilikdə 38 laydan ibarətdir. Burada istənilən çaylar, sular, hideroloji şəbəkələr, kanallar və müxtəlif məlumatları əldə edə bilərik. Xəritənin özəlliyi budur ki, çaya dair bütün məlumatlarla yanaşı bu ilin sonunadək dövlət nəzarəti çərçivəsində ölçmə işlərini avtomatik həyata keçirən, müasir 11 hideroloji stansiyaların quraşdırılması planlaşdırırlır. Bu məlumatlar avtomatik olaraq elektron su ehtiyyatları xəritəsində göstəriləcək. Bununla əlaqədar olan bütün təşkilatlar, Kənd Təsərrüfatı Nazirli və Azərsu məlumatlardan yararlana biləcək", deyə Umraya Tağıyeva qeyd edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Qarabağda ən çox çirkələnən çayların Oxçuçay,Bəsitçay və Bərgüşadçay olduğunu əlavə etdi.
"İşğaldan azad olunan ərazilərdəki əsas çaylar olan Oxçuçay,Bəsitçay və Bərgüşadçaydan həftədə iki dəfə bəzi hallarda isə daha çox analizlər götürürük.Ən çox Oxçuçay çirlənmiş çay hesab olunur. Bu da bizi narahat edir. Nazirlik bu sahədə ciddi işlər görür" , deyə kologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru bildirib.
Qarabağda əsas 14 çay, 9 su anbarı,6 su kanalı,6 göl var.
Araz çayı – Zəngilan, Cəbrayıl və Füzulinin ərazisindən keçir. Mənbəyini Türkiyənin Bingölday silsəsindən alır. Mənsəbi Kür çayı, uzunluğu 1072 km, orta illik su həcmi 4737 mln. kub metrdir. Tərtərçay – Kəlbəcər,Tərtər və Bərdədən keçir. Mənbəyi Qonqur,Alagöz və Mıxtökən silsəsindir. Mənsəbi Kür çayı,uzunluğu 200km, orta illik su həcmi 1418 mln kub metrdir. Bərgüşadçay – Kəlbəcər, Ermənistan və Qubadlıdan keçir. Mənbəyi Zəngəzur silsiləsinin şimal yamacı,Zalxagöldür. Mənsəbi Araz çayı,uzunluğu 150km,orta illik həcmi 635 mln kub metrdir. Həkəriçay-Laçın,Qubadlı və Zəngilandan keçir. Mənbəyi Şiştəpə zirvəsinin 3.5 km şərqidir. Mənsəbi Bərgüşadçay,uzunluğu 113km,orta illik su həcmi 374 mln kub metrdir. Oxçuçay-Zəngilandan keçir. Mənbəyi Ermənistan ərazisidir. Mənsəbi Araz çayı, uzunluğu 83 km,orta illik su həcmi 354 kub metrdir. Zabuxçay – Laçından keçir. Mənbəyini Kiçik Qafqaz və Qızıltəpə dağından alır. Mənsəbi Həkəriçay,uzunluğu 51km,orta illik su həcmi 207.9 mln. kub metrdir. Levçay-Kəlbəcər ərazisindən keçir. Mənbəyi Hinaldağın cənub yamacıdır. Mənsəbi Tərtərçay,uzunluğu 36km,orta illik su həcmi 184 kub metrdir. Tutqunçay-Kəlbəcərdən keçir.Mənbəyi Kİçik Qafqazdır, Mənsəbi Tərtərçay,Uzunluğu 35 km, orta illik su həcmi 103 kub metrdir. Torağayçay- Kəlbəcər və Tərtərdən keçir. Mənbəyi Gamışdağın şimal yamacıdır. Mənsəbi Tərtərçay,uzunluğu 35km,orta illik su həcmi 103 mln kub metrdir. Bəsitçay-Zəngilandan keçir. Mənbəyi Ermənistan,mənsəbi Araz çayı,uzunluğu 44 km, orta illik su həcmi 66..5 mln kub metrdir. Quruçay- Xocavənd və Füzlidən keçir. Mənbəyi Xocavənd,mənsəbi Araz çayı,uzunluğu 82 km, orta illik su həcmi 60.3 mln kub metrdir. Qarqarçay –Xankəndi,Şuşa,Xocalı,Ağdam və Ağcabədi ərazisindən keçir. Mənbəyini Xəlfəli və Zarıslı çaylarının birləşməsindən alır. Mənsəbi Ağgöl bataqlıqları,uzunluğu 115 km, orta illik su həcmi 53.7 mln kub metrdir. Xaçınçay-Kəlbəcər və Ağdamdan keçir. Mənbəyi Hacıyurd,Uyuxlu,Şişəkli və Alaqaya yüksəklikləridir. Mənsəbi Kür çayı,uzunluğu 119 km,orta illik su həcmi 40.7 kub metrdir. Köndələnçay-Xankəndi,Xocavənd və Füzuli ərazisindən keçir. Mənbəyi Qarabağ vulkanik yaylası və Çaxmaqdağdır. Mənsəbi Araz çayı,uzunluğu 89km,orta illik su həcmi isə 19.9 kub metrdir.
Əsas kanallar Tərtərçay sağ və sol magistral kanalı – Tərtər,Bərdə,Ağdam və Ağcabədi ərazisində yerləşir. Mənbəyi Suqovuşa su anbarıdır. Hər iki kanal 1976-ci il istismara verilib. Tərtərçay sağ sahil magistralının uzunluğu 70.2 km, Tərtərçay sol sahil magistralının uzunluğu isə 22.4 kmdir. Həsənli kanalı- Cəbrayılda yerləşir. Mənbəyi Araz çayıdır. 1951-ci il istismara verilib. Uzunluğu 38 kmdir. Maral kanalı- Cəbrayılda yerləşir. Mənbəyi Araz çayıdır. 1931-ci ildə istismara verilib.Uzunluğu 18 kmdir. Sovet kanalı-Ağdamda yerləşir. Mənbəyi Qarqarçaydır.1936-ci il istismara verilib.Uzunluğu 23.5 kmdir. Merdinli kanalı-Füzulidə yerləşir. Mənbəyi Köndələnçaydır. 1952-cü il istismara verilib. Uzunluğu 27.4 kmdir.
Əsas göllər – Böyük Alagöz(Kəlbəcər), Qaragözl(Laçın), Kiçik Alagöz(Kəlbəcər), Pəriçınqıl qaragölü(Laçın), Alagöllər( Laçın), Zalxagöl(Kəlbəcər)
Qarabağda hazırda 6 Su Elektrik Stantisiyasından 3 bərpa olunub, 2-sinin bərpası nəzərdə tutulub, 1-də isə hazırda işlər aparılır. "Güləbird” Kiçik Su Elektrik Stansiyası Laçında, "Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyası Tərtərdə, "Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyası Tərtərdə, "Xudafərin” və "Qız qalası” Su Elektrik Stansiyası Cəbrayılda yerləşir. Hazırda onların tikintisi nəzərdə tutulur. "Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası Kəlbəcərdə yerləşir və hazırda bu stansiyada tikinti işləri aparılır.
Araz,Bərgüşadçay-Qubadlı,Tərtərçay-Vəng,Oxçuçay-Cahangirbəyli,Həkəriçay-Xanlıq,Levçay-Qamışlı,Tərtərçay-Kəlbəcər, Zabuxçay-Zabux, Bəsitçay-Rəzdərə,Qarqarçay-Ağdam,Xaçınçay çaylarında avtomat hidroloji stansiya quraşdırılacaq.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























