• $
  • €
  • ₽
  • ₺
  • £

Bir sıra rayonlarda qaz olmayacaq

Bir sıra rayonlarda qaz olmayacaq
14.05.2014 11:21
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 12:00-dək Yevlax rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Bərdə və Sabunçu rayonlarının bir hissəsinə, saat 15:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək Ağdam rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq.
Həmçinin həyətyanı sahələrdən küçələrə çıxarılmış qaz xətlərinin mövcud mənbəyə qoşulması ilə əlaqədar saat 13:00-dək Nərimanov rayonunun bir hissəsinə, qazpaylayıcı stansiyada təmir işlərinin aparılması və "Qaraçuxur" magistral qaz xətti üzərində yeni qaz ölçü qovşağının quraşdırılması ilə əlaqədar saat 17:00-dək Hacıqabul və Suraxanı rayonlarının bir hissəsinə, qaz nəqli sistemində təmir işləri, siyirtmələrin dəyişdirilməsi və "Şəmkir SES (Kür qəsəbəsi)" ölçü qovşağında baypas xəttinin quraşdırılması ilə əlaqədar saat 18:00-dək Qazax və Şəmkir rayonlarının bir hissəsinə, "Zərdab" qaz ölçü qovşağından qidalanan qaz xətlərinin yeni quraşdırılacaq kollektora birləşdirilməsi ilə əlaqədar saat 20:00-dək Zərdab rayonunun bir hissəsinə, Nizami rayonu ərazisində aparılan təmir-bərpa işləri ilə əlaqədar isə işlər başa çatanadək Nizami rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol