Daha bir ana ölümü

Sabirabadda doğuş zamanı ölən ananın şəxsiyyəti bəlli olub. Sabirabad Mərkəzi Rayon Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, əməliyyat 1987-ci ildə anadan olan Rzayeva Alidə Ağalar qızı üzərində aparılıb. Əməliyyat zamanı qadın qız uşağı dünyaya gətirib. Bu onun ikinci hamiləliyi olub. Qadın əməliyyatdan sonra səhər saatlarında keçinib. Belə ki,A.Rzayeva 2011-ci ildə ilk körpəsini də qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. Ananın ölümünün səbəbləri aparılan tibbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























