• $
  • €
  • ₽
  • ₺
  • £

Salyanda Vətən müharibəsi şəhidi anılıb

Salyanda Vətən müharibəsi şəhidi anılıb
22.10.2021 17:26
Salyanda şəhid Ağamoğlan Kərimovun xatirəsi anılıb.

"Report”un Aran bürosu xəbər veri ki, A.Kərimov 2002-ci ildə Salyanın Xocalı kəndində doğulub. O, ilk təhsilini Xocalı kənd ibtidai, orta təhsilini isə Salyan şəhər 4 saylı tam orta məktəbdə alıb. Sentyabrın 27-də Vətən müharibəsinə qatılan A.Kərimovun döyüş yolu Cəbrayıldan başlayaraq Qubadlı və Laçın uğrunda gedən qanlı savaşlara qədər davam edib. O, bu döyüşlər zamanı hərbi hissə qarşısında qoyulan tapşırıqların icra olunmasında qəhrəmanlıq və böyük şücaətlər göstərərək silahdaşları ilə birgə düşmənin xeyli sayda canlı qüvvəsini, zirehli texnikasını məhv edib.

Şəhidin atası Yusif Kərimov bildirib ki, o, Ağamoğlanın döyüşlərə qatılmasından xəbərsiz olub: "Axırıncı dəfə oktyabrın 14-də telefon danışığımız olub. Onda həmişəki kimi dedi ki, arxa cəbhədəyik, bizimkilər çox qabağa gedib, torpaqlarımızı ala-ala gediblər qabağa. Şəkillər çəkdirmişəm, gələndə göstərəcəm. Əslində döyüşdə iştirak edən bütün əsgərlər kimi Ağamoğlan da mənə yalandan arxa cəbhədə olduğunu deyirmiş ki, mən narahat olmayım. Sən demə ən qanlı və ağılr döyüşlərdə iştirak edib".

Y.Kərimov əlavə edib ki, Ağamoğlanın sonuncu dəfə Qubadlının Həkəri çayı yaxınlığındakı yüksəliyi uğrunda gedən döyüşlərdə iştirak edib. Ağır döyüşlərdən sonra kiçik bir qüvvə ilə erməni silahlı birləşmələrinin yerləşdiyi mövqeləri ələ keçirərək həmin yüksəkliyə yerləşiblər: "Onlara orada vəziyyəti ələ alandan sonra erməni silahlı terrorçularının bir neçə ani basqınlarını dəf edərək əks-hücum həmlələri ilə düşməni itki verərək geri çəkilməyə məcbur ediblər. Sonrada ermənilər daha böyük qüvvə ilə Ağamoğlangildən 3-4 dəfə artıq diversant qrupu onlara basqın ediblər və həmin yüksəkliyi ağır artilleriya qurğularından mərmi yağmuruna qərq ediblər. Ağmoğlan həmin mərmi atəşi zamanı çoxsaylı qəlpə yarası alaraq şəhadətə qovuşub".

Anası Xəzinə Kərimova deyir ki, oğlunun şəhid olmasını hələ də qəbul edə bilməyib: "Baxmayaraq ki, bu gün oğlumun ölümündən bir il ötür, bu gün ildönümünü qeyd edirik. Mən hələdə axtarıram, axtarıram uşağımı, gözüm axtarır. Gözləyirəm, elə bilirəm ümid yeri var, nə vaxtsa gələcək. Onu görəydim, doyunca qucaqlayadım, bağrıma basaydım".

18 yaşında ikən şəhadətə ucalan Ağamoğlan Kərimov doğulduğu Xocalı kənd qəbiristanlığında dəfn olunub. Şəhaətindən 18 gün əvvəl isə döyüşlərin qızğın vaxtında valideynlərinə məktub yazıb.

Məktubda deyilir:

"Allahın köməkliyinən gedirik, İnşəAllah qələbəynən qayıdacağıq. Mənə görə narahat olmayın. Hər şey yaxşıdır. Özünüzü darıxdırmayın. Vətən uğrunda ölənlərin arasında cənnətdə olacam. Arxamca ağlamayın. Fikirləşin ki, mən əsgərlikdəyəm və bir gün qayıdacam. Haqqınızı halal edin! Özünüzə yaxşı baxın və darıxmayın. Allah köməyiniz olsun. Sağ olun!

Vətən sağ olsun!

Sizin əsgər Kərimov A.

03.10. 2020"

Bu gün Ağamoğlan Kərimovun şəhadətindən bir il keçir. Kənd qəbristanlığında uyuyan şəhidimizi hər kəs böyük məhəbbətlə anır, xatırlayır.

Sinif rəhbəri Asiya Qəniyeva deyir ki, uşaq ilk dəfə sakitliyinən, nizam-intizamıynan, təlim-tərbiyəsiynən, innın ki. nəinki mənim gözümdə, hətta bütün müəllimləri tərəfindən sevilən, seçilən uşaqlardan biri olmuşdu.

"Şəhid olana qədər Ağamoğlan mənim şagirdim idisə, bu gün Ağamoğlan mənim qardaşım sayılır. Çünki, şəhid qardaşıyam. Ağamoğlan da şəhiddi. Allah ruhun şad eləsin! Allaha min şükür olsun, qanları yerdə qalmadı. Torpaqlarımız uzun illrdən sonra azad oldu”.-müəllimi İbrahim Davudzadəbelə deyir.

Qeyd edək ki, Ağamoğlan Kərimov ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad edilməsinə görə”, "Qubadlının azad edilməsinə görə” və "Laçının azad edilməsinə görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!


 















www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol