• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyev polisə şikayət etdi

Bəxtiyar Hacıyev polisə şikayət etdi
14.05.2014 10:56
“Müsbət Dəyişikliklər” Hərəkatının təsisçisi Bəxtiyar Hacıyev türkiyəli iş adamından polisə şikayət edib. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Bəxtiyar İlyas oğlu Hacıyev mayın 13-də polisə ərizə ilə müraciət edərək 2013-cü ilin avqustunda tanışı, Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Nurettin Eres Salehettin oğluna birgə iş qurmaq məqsədi ilə 30 min manat verdiyini, lakin türk iş adamının dələduzluq etməklə pulu qaytarmadığını qeyd edib. Daxil olan şikayət ərizəsi əsasında təhqiqat araşdırmasına başlanılıb. Qeyd edək ki, Nurettin Eres də bir müddət əvvəl polisə müraciət edərək B. Hacıyev tərəfindən təzyiqə məruz qaldığını bildirmişdi. Həmin müraciət əsasında Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Bu il aprelin 14-də B.Hacıyev Türkiyə vətəndaşı Nurəddin Eresin şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb. B. Hacıyev isə APA-ya açıqlamasında Türkiyə vətəndaşı Nurəddin Eresin məktəb tikintisi adı ilə özündən borc aldığını, lakin sonradan müxtəlif bəhanələrlə pulu qaytarmadığını açıqlayıb. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol