İsveçdə qətlə yetirilən soydaşımızın nəşi Azərbaycana gətiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsi 43 yaşlı azərbaycanlı Ramil Mahmudovun yaşadığı İsveç Krallığının paytaxtı Stokholm şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilməsi ilə bağlı məsələni nəzarətə götürüb.
"Komitəyə minnətdarlığını bildirən ailə üzvləri cənazənin Azərbaycana gətirilmə xərclərinin mərhumun sürücü kimi çalışdığı yükdaşıma şirkəti tərəfindən ödəniləcəyini bildirib.
Məsələ Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin diqqətindədir və mərhumun ailəsinə istənilən an lazım olan köməklik göstəriləcək.
Hadisə ilə bağlı cinayət işinin obyektiv şəkildə araşdırılacağına inanırıq”, - komitənin yaydığı məlumatda deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























