Bakıda dini toy karvanında polislər avtoxuliqanları saxladı - VİDEO

Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanı təşkil edilib.
Anews.az-ın məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, dünən - oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.
Məlum olub ki, şənlikdə iştirak edənlərin bir neçəsində COVID-19 pasportu olmadığından, onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 200 manat məbləğində cərimə ediliblər.
Avtomobil karvanında iştirak edərək avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobilləri cərimə duracağına yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, toy iştirakçılarından biri – Füzuli Malıyev hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
Toyun təşkilatçısı olan A. Balaəhmədov və A.Hüseynzadə, habelə F.Malıyev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib