İki gündə yol qəzalarında 6 piyada ölüb

Ötən həftənin şənbə və bazar günləri respublika ərazisində 19 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oktyabrın 24-də Tovuz rayonunda sürücü Beyrək Məhərrəmov "VAZ 21015” markalı avtomobillə 1968-ci il təvəllüdlü piyada Fazilə Cəfərovanı, Binəqədi rayonunda sürücü Lətif Abasov "Hyundai” markalı avtomobillə 1963-cü il təvəllüdlü piyada Səlim Cəfərovu, Tərtər rayonunda sürücü Emin Məmmədov "VAZ 2107” markalı avtomobillə piyada Yetər Paşayevanı vurub. Altı hadisə üzrə adları çəkilən piyadalar ölüb.
www.anews.az
Anews.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, nəticədə 8 nəfər həyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölümlə nəticələnən qəzaların 6-sı piyada vurma, 2-si aşma hadisəsidir.
Oktyabrın 23-də Şirvan şəhərində sürücü Anar Abdullayev "Ford” markalı avtomobillə 1949-cu il təvəllüdlü piyada Muradəli Həsənovu, Gəncə şəhərində sürücü Ramin Abbasov "Mercedes-Benz” markalı avtomobillə 1954-cü il təvəllüdlü piyada İbrahim Bayramovu, Qəbələ rayonunda sürücü Simran Əzimov "VAZ 2121” markalı avtomobillə 1982-ci il təvəllüdlü Vadim Salehovu vurub.
Oktyabrın 24-də Tovuz rayonunda sürücü Beyrək Məhərrəmov "VAZ 21015” markalı avtomobillə 1968-ci il təvəllüdlü piyada Fazilə Cəfərovanı, Binəqədi rayonunda sürücü Lətif Abasov "Hyundai” markalı avtomobillə 1963-cü il təvəllüdlü piyada Səlim Cəfərovu, Tərtər rayonunda sürücü Emin Məmmədov "VAZ 2107” markalı avtomobillə piyada Yetər Paşayevanı vurub. Altı hadisə üzrə adları çəkilən piyadalar ölüb.
Oktyabrın 23-də Salyan rayonunda sürücü Qismət Səmədov idarəetməni itirərək "Opel” markalı avtomobili aşırıb və sərnişini 1988-ci il təvəllüdlü Elvin Abbasov ölüb. Eləcə də, oktyabrın 24-də Ağsu rayonunda sürücü Şahbaz Ağayevin idarə etdiyi "Shacman” markalı avtomobil yolun hərəkət zolağından çıxaraq aşıb və sonuncu dünyasını dəyişib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























