Nazirliyin qarşısında insidentlə bağlı - Rəsmi açıqlama

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında insident baş verib. Əlillik təyinatı ilə bağlı etiraz edən şəxs ətrafı yandırmağa çalışıb.
"Qafqazinfo” xəbər verir ki, məsələ barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov sosial şəbəkə hesabında paylaşım edib.
"2021-ci ilin iyunun 9-da əlillik müddəti bitən D.Miriyeva barədə tibb müəssisəsi tərəfindən e-sistemə daxil edilən göndəriş (forma 88) əsasında onun əlilliyi təkrar qiymətləndirilib.
Göndərişdəki diaqnozun əlillik təyinatına əsas vermədiyi müəyyən olunub və əlillik təyin edilməyib.
Lakin müayinə zamanı da D.Miriyevanın hazırkı vəziyyətinin əlillik səviyyəsində olmadığı bir daha təsdiqini tapıb və əlillik təyinatından imtina edilməsinə dair qərar qüvvədə saxlanılıb.
Belə olan halda D.Miriyeva sağlamlıq vəziyyəti əlillik təyin olunmasına əsas yaratmasa da, ona əlillik və pensiya təyin edilməsini tələb etməyə başlayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























